Bakı-Sumqayıt yolunda avtobuslar toqquşdu

 Bakı-Sumqayıt yolunda avtobuslar toqquşdu
  08 Avqust 2019    Oxunub:2988
Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.
Bu barədə Azvision.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bildirilib ki, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunun sürcüsünü çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Hazırda qəza ilə bağlı yollarda sıxlıq müşahidə edilir.

Qeyd edilib ki, DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər və avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Azvision.az


Teqlər: DANX   Qəza   DYP  





Xəbər lenti