“Hyundai” ağaca çırpıldı, sürücü öldü

“Hyundai” ağaca çırpıldı, sürücü öldü
  08 Avqust 2019    Oxunub:1550
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 7-də saat 15 radələrində Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində Xudat şəhər sakini Mətləb Mirzəyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti