Polis Qubada tapılan şəxsin yaxınlarını axtarır - FOTO

Polis Qubada tapılan şəxsin yaxınlarını axtarır -    FOTO
  09 Avqust 2019    Oxunub:1754
Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir nəfər şəxsin olduğunu görərək dərhal ona yaxınlaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxsin üzərində heç bir sənədin olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hal-hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 175 sm, arıq bədən quruluşlu, qısa saçlı, gözlərinin rəngi yaşıldır. Nitq qüsurludur, özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində qara köynək, tünd göy şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti