Bərdədə iki maşın toqquşub, ölən var

Bərdədə iki maşın toqquşub, ölən var
  10 Avqust 2019    Oxunub:2754
Bərdə şəhəri ərazisində “Opel” və “VAZ-21011” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdiriliblər. Y.Həmidov orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza   Bərdə  





Xəbər lenti