Saatlıda yanğın, bir nəfər xəsarət alıb

Saatlıda yanğın, bir nəfər xəsarət alıb
  10 Avqust 2019    Oxunub:1441
Saatlı rayonunun Qara Nuru kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyü 20 m² sahədə, bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 20 ton ot bağlamasının 3 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti