Bir gecədə iki evdə yağın oldu

Bir gecədə iki evdə yağın oldu
  10 Avqust 2019    Oxunub:1511
Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti