17 cinayətin üstü “isti izlər”lə açılıb

   17 cinayətin üstü “isti izlər”lə açılıb
  10 Avqust 2019    Oxunub:1332
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti