Avqustun 9-da saat 21 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Hüseyn Məmmədovu vurub.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.