Dənizdə batan uşaqlar yaxın qohumdurlar

  10 Avqust 2019    Oxunub : 5270
 Dənizdə batan uşaqlar yaxın qohumdurlar
Bu gün Bakının Nardaran qəsəbəsində 4 uşaq dənizdə batıb.
Azvision.az xəbər verir ki, onlardan ikisi - 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı bacı, digər ikisi 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı və 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu bacı-qardaşdır.

M.Cəfərova, Ə.Cəfərov və L.Cəfərzadənin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları hazırda davam etdirilir.

Azvision.az -ın əldə etdiyi məlumata görə, dənizdə batan şəxslər əmi uşaqlarıdır. Onlar ailələri ilə birlikdə Nardaran ərazisində çimərliyə gediblər.

Hadisə nəzarətsizlik səbəbindən baş verib. Uşaqların batdığını görən valideynlərdən biri onları xilas etməyə çalışsa da, boğulma təhlükəsi ilə üzləşib. Xilasedicilər onu dərhal sudan çıxarıblar.

Qeyd edək ki, hər iki ailənin üç övladı olub.

Azvision.az

Teqlər: Dəniz   Uşaq   Nardaran