Bakıda 4 mərtəbəli evdə yanğın olub

Bakıda 4 mərtəbəli evdə yanğın olub
  11 Avqust 2019    Oxunub:1639
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 1000 m² olan dördmərtəbəli evin 2-ci mərtəbəsində hamamın tavanı 8 m² sahədə və şaxtadan keçən elektrik kabelləri 40 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Yasamal  





Xəbər lenti