Toyda ölüm hadisəsi baş verdi

  11 Avqust 2019    Oxunub : 2109
 Toyda ölüm hadisəsi baş verdi
İsmayıllı rayonunda toyda ölüm hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə bu gün İsmayıllıda yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, toyda iştirak edən orta yaşlı qadının anidən halı pisləşib. Ona ilkin yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Azvision.az

Teqlər: Toy   Ölüm