Lənkəranda maşın ağaca çırpılıb, ölən və yaralı var

Lənkəranda maşın ağaca çırpılıb, ölən və yaralı var
  12 Avqust 2019    Oxunub:1907
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılıması və köməyə ehtiyacın olması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti