Cəlilabadda yük avtomobili yanıb

  12 Avqust 2019    Oxunub : 692
Cəlilabadda yük avtomobili yanıb
Cəlilabadda yanğın hadisəsi baş verib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Cəlilabad rayonu Ələt-Astara yolunun 97-ci kilometrliyində “MAN" markalı yük avtomobilinin banı 6 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: