Yeni Həyatda səhvən qonşusunu güllələdi

  14 Avqust 2019    Oxunub : 1212
Yeni Həyatda səhvən qonşusunu güllələdi
Avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.

Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılmış və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN