Polisə zəng edərək marketi partladacağını dedi

 Polisə zəng edərək marketi partladacağını dedi
  14 Avqust 2019    Oxunub:1768
Avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, araşdırmalarla məlumat təsdiqini tapmayıb, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib. O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti