Mağazadan 340 min manat oğurlayan xəzinədar tapıldı

  14 Avqust 2019    Oxunub : 778
 Mağazadan 340 min manat oğurlayan xəzinədar tapıldı
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, o, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.


Azvision.az

Teqlər: DİN