Beyləqanda qardaşlar iki nəfəri bıçaqlayıb

Beyləqanda qardaşlar iki nəfəri bıçaqlayıb
  14 Avqust 2019    Oxunub:1693
Avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş verən münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıblar.


Azvision.az


Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti