Bakı sakini qaçırdığı maşınla saxlanıldı

Bakı sakini qaçırdığı maşınla saxlanıldı
  14 Avqust 2019    Oxunub:1530
Avqustun 13-də saat 11 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin gün saat 12 radələrində DİN BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti