Xırdalanda köməksiz qalan azyaşlı xilas olundu

Xırdalanda köməksiz qalan azyaşlı xilas olundu
  15 Avqust 2019    Oxunub:1533
Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Azvision.az



Teqlər: FHN   Mənzil   Azyaşlı   Kömək  





Xəbər lenti