Qubanın icra başçısının keçmiş müavini intihar edib

  15 Avqust 2019    Oxunub : 1153
 Qubanın icra başçısının keçmiş müavini intihar edib
Qubada intihar hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Azvision.az

Teqlər: İntihar