Avqustun 15-də saat 8 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində Saatlı rayon sakini Vüqar Bağırovun idarə etdiyi “QAZ-2410” və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Azvision.az Daxili İşlə Nazirliyinə (DİN) istinadən xəbər verir ki, nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri olan həmyerliləri Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.