Şəmkirdə 2 yaşlı uşaq evdə yanaraq öldü

  18 Avqust 2019    Oxunub : 953
 Şəmkirdə 2 yaşlı uşaq evdə yanaraq öldü
Şəmkir rayonunun Sarıtəpə kəndində yanğın olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Şəmkir