Bakıda ev yanıb, 66 yaşlı qadın xilas edilib

  18 Avqust 2019    Oxunub : 661
Bakıda ev yanıb, 66 yaşlı qadın xilas edilib
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: