Keçmiş arvadının evini yandırdı: Uşağı öldü, ana və qızı Bakıya gətirilir
Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün onları paytaxta köçürmək qərarına gəliblər.
Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilir. Qadının bədəninin 50%-i, 24 yaşlı qızın isə bədəninin 70%-i yanıb.
Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edlib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.
Qeyd edək ki, hadisənin Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov tərəfindən törədilməsi müəyyən edilib. Yanğın zamanı həlak olan şəxs onun oğlu, 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu, yaralılar isə 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızıdır.
Azvision.az