Xaçmazda yol qəzası - 3 nəfər yaralanıb

Xaçmazda yol qəzası -   3 nəfər yaralanıb
  18 Avqust 2019    Oxunub:2899
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Gəndob-Yalama yolunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində “VAZ 2107” markalı maşın “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər yaralanıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti