7 ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub

  18 Avqust 2019    Oxunub : 762
7 ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
Cari ilin yeddi ayında ölkəyə 189 min 302 ton meyvə-tərəvəz idxal olunub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, hesabat dövründə idxal edilən meyvə-tərəvəzin dəyəri 113 milyon 60 min dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 95 milyon 979 min dollarlıq 174 min 51 ton meyvə-tərəvəz idxal edilib.

Azvision.az

Teqlər: Meyvə   Tərəvəz   İdxal