“İnstagram”da tanış olduğu qadını şantaj etdi

“İnstagram”da tanış olduğu qadını şantaj etdi
  19 Avqust 2019    Oxunub:1681
Avqustun 17-də Qusar rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edib avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələməsini bildirib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Şantaj  





Xəbər lenti