4 ay əvvəl itkin düşən qadın axtarışa verildi

  19 Avqust 2019    Oxunub : 819
4 ay əvvəl itkin düşən qadın axtarışa verildi
Astara rayonunda 40 yaşlı qadın itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini Hüseynova Aysel Asf qızı polisə müraciət edərək bildirib ki, anası 1979-cu il təvəllüdlü Hüseynova Sadiqə Falat qızı 4 ay əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Astara   Qadın   İtkin