12 gün əvvəl toyu olmuşdu, çayda boğuldu - FOTO

  19 Avqust 2019    Oxunub : 1511
 12 gün əvvəl toyu olmuşdu, çayda boğuldu - FOTO
Masallı rayonunda yerləşən istirahət mərkəzində bədbəxt hadisə baş verib.
Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş. Faktla bağlı araşdırma aparılır. (Report)



Azvision.az

Teqlər: Masallı   Çay   Toy   Faciə