Şabranda yanğının söndürülməsində polislər də iştirak edib - FOTOLAR

  20 Avqust 2019    Oxunub : 832
Şabranda yanğının söndürülməsində polislər də iştirak edib - FOTOLAR
Avqustun 19-da səhər saatlarında Şabran rayonu dağlıq ərazidən başlayan yanğın Quba rayonu Zərqova inzibati ərazi dairəsi ərazisində yerləşən dağlıq və meşəlik ərazilərinə qədər genişlənib.
Daxili işlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında fəal iştirak ediblər.



​ Zərqova İƏD ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.






Azvision.az

Teqlər: DİN   Yanğın