Qubada ötən gün başlayan yanğın söndürüldü

  20 Avqust 2019    Oxunub : 665
 Qubada ötən gün başlayan yanğın söndürüldü
19 avqust tarixində Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları tərəfindən söndürülüb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötüklər yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​

Azvision.az

Teqlər: FHN   Quba   Meşə   Yanğın