Bakıda daha bir yanğın - 15 nəfər təxliyə olundu

  20 Avqust 2019    Oxunub : 782
Bakıda daha bir yanğın - 15 nəfər təxliyə olundu
Bakı şəhərinin Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin səkkizinci mərtəbəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və səkkizinci mərtəbəsindən onaltıncı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 24 p.m yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Bina