Yardımlı və Hacıqabulda ev yanıb

  21 Avqust 2019    Oxunub : 752
Yardımlı və Hacıqabulda ev yanıb
Yardımlı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Bundan başqa Hacıqabul rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın