Keçmiş məhkumlar yenidən cinayət törətdi

  21 Avqust 2019    Oxunub : 658
Keçmiş məhkumlar yenidən cinayət törətdi
Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisində Ağdaş rayon sakini Ə.Xəlilova məxsus “Daewoo” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3 ədəd qol saatı, 250 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunanlar Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıb.


Azvision.az

Teqlər: DİN