Tovuzda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü

  21 Avqust 2019    Oxunub : 1334
 Tovuzda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, rayonun Aşağı Quşçu kəndində yaşayan 50 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 80 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə səbəb atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Tovuz   Qətl   Cinayət