FHN: Meşə zolağı yanğından mühafizə olunub

  21 Avqust 2019    Oxunub : 793
 FHN: Meşə zolağı yanğından mühafizə olunub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.Yanğın söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın