İmişlidə “Mercedes”lər toqquşdu

  22 Avqust 2019    Oxunub : 742
İmişlidə “Mercedes”lər toqquşdu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   İmişli   Qəza