Bakıda yaşayış binasında yanğın

  22 Avqust 2019    Oxunub : 686
Bakıda yaşayış binasında yanğın
Paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə 13 mərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 160 kvadratmetr olan dördotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin bir otağındakı əşyalar yanıb. Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: FHN   Yanğın