“Baksol” yolunda güclü yanğın - VİDEO+FOTO

  22 Avqust 2019    Oxunub : 2462
“Baksol” yolunda güclü yanğın - VİDEO+FOTO
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, "Baksol" yolu yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.



Səhiyyə Nazirliyindən bildirilib ki, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğında 2 nəfər xəsarət alıb. Onların hər ikisi FHN-in yanğınsöndürənləridir.





Azvision.az

Teqlər: FHN   Yanğın