Bakıda 9 maşını yaran şəxs tutuldu

  22 Avqust 2019    Oxunub : 795
Bakıda 9 maşını yaran şəxs tutuldu
Avqustun 19-da Xətai rayonu ərazisində iki avtomobildən 2800 manat pul, iki mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov Xətai Rayon Polis İdarəsinin 34-cü, 35-ci və 36-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində bir avtomobildən iki mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Ağayev yaxalanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   oğuruq