Evin qapısını qıran oğru iş başında tutuldu

  23 Avqust 2019    Oxunub : 622
Evin qapısını qıran oğru iş başında tutuldu
Avqustun 22-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki evlərin birindən Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal hadisə yerinə gəlib RMŞ əməkdaşları tərəfindən evin qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Ə.İsgəndərov saxlanılaraq aidiyyatı üzrə Tovuz RPŞ-yə təhvil verilib.

Azvision.az

Teqlər: DİN