Gömrükdə qanunsuz telefonlar aşkarlandı

Gömrükdə qanunsuz telefonlar aşkarlandı
  23 Avqust 2019    Oxunub:3958
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı avtomobilə gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən, qutuları və aksesuarları ilə bilikdə 34 ədəd “İphone X Space Gray 64 GB”, 25 ədəd “İphone X Silver 64 GB”, 1 ədəd “İphone 7 Black 32 GB”, 1 ədəd “OnePlus7 256 GB”, 1 ədəd “OnePlus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı təzə mobil telefonlar, “Daclavirocyrl 60 mg” adlı 2461 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Gömrük   Telefon  





Xəbər lenti