Polis pulqabı oğurlayan qadını tapdı

Polis pulqabı oğurlayan qadını tapdı
  24 Avqust 2019    Oxunub:1776
Avqustun 19-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus “KİA” markalı avtomobilin ön hissəsi qəsdən əzilib. Görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti