Narkotik əkən şəxslər saxlanılıb

  24 Avqust 2019    Oxunub : 872
Narkotik əkən şəxslər saxlanılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müşfiq kənd sakini Z.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa Tərtər RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini S.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DIN   Polis