Şamaxı və Qubada yanğın başlayıb - Yenilənib

  24 Avqust 2019    Oxunub : 862
Şamaxı və Qubada yanğın başlayıb - Yenilənib
Şamaxı və Quba rayonlarında dağlıq ərazidə yanğın başlayıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Bundan əlavə, Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Azvision.az

Teqlər: FHN   Yanğın   Şamaxı