Goranboyda qəza: Sürücü ölüb, 2 yaralı var

   Goranboyda qəza:    Sürücü ölüb, 2 yaralı var
  26 Avqust 2019    Oxunub:1459
Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 24-də saat 21 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində rayon sakini S.Quliyevin idarə etdiyi “KamAZ” və Tərtər rayon sakini R.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Əhmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Goranboy   Qəza  





Xəbər lenti