Beş maşından oğurluq edən şəxs tapıldı

Beş maşından oğurluq edən şəxs tapıldı
  26 Avqust 2019    Oxunub:1847
Avqustun 24-nə keçən gecə Binəqədi rayonunun Ş.Məmmədova küçəsində Bakı şəhər sakini T.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsi barədə 5-ci Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Məcidov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun avqustun 12-dən 18-dək olan müddətdə daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti