Polis iki nəfəri vurub qaçan sürücünü tapdı

Polis iki nəfəri vurub qaçan sürücünü tapdı
  26 Avqust 2019    Oxunub:1389
Gəncədə 2 nəfərin xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də Gəncə şəhər sakinləri olan 2 nəfərin xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan uzaqlaşan “Mercedes” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini S.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti