Qaxda hamilə qadını boğmaq istədilər, vəziyyəti ağırdır

  26 Avqust 2019    Oxunub : 1439
 Qaxda hamilə qadını boğmaq istədilər, vəziyyəti ağırdır
Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndindən Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Azvision.az

Teqlər: Səhiyyə   Qax   Xəstəxana