Bərdədə meşə zolağı yanır

Bərdədə meşə zolağı yanır
  26 Avqust 2019    Oxunub:1938
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bərdə rayonunun Cumalar kəndi yaxınlığında meşə zolağında yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a bildiriblər ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti